Sistem Modulları

İşinizi daha səmərəli idarə etmək üçün lazım olan hər şey tək bir platformada.

Pasiyent İdarəetməsi

Hər pasiyent üçün ətraflı elektron kart. Anamnez, müalicə planları, rentgen şəkilləri və ödəniş tarixçəsi bir yerdə.

Ağıllı Randevu Sistemi

Drag-and-drop təqvim, həkimlərin iş qrafiki, kabinetlərin məşğulluğu və avtomatik konflikt yoxlanışı.

Müalicələr və Odontogram

Diş xəritəsi üzərində vizual qeydlər. Diaqnozlar, prosedurlar və müalicə planlarının detallı izlənməsi.

Laboratoriya

Texniki işlərinizin statusunu izləyin. Laboratoriya sifarişlərini birbaşa sistemdən göndərin və nəticələri qəbul edin.

Maliyyə

Gündəlik, aylıq və illik gəlir/xərc hesabatları. Həkimlərin faiz hesablamaları, kassa və borc nəzarəti.

Anbar

Həkim materiallarının və dərmanların sərfiyyatını izləyin. Kritik həddə çatanda xəbərdarlıqlar alın.

Proseslər

Biznes proseslərinin avtomatlaşdırılması. Sənəd dövriyyəsi, təsdiqləmə mərhələləri və klinika daxili tapşırıqlar.

Mobil Giriş

Sistem həm kompüter, həm də planşet və telefonlarda tam funksional işləyir. İşinizi hər yerdən idarə edin.

SMS Bildirişlər

Pasiyentlərə randevu xatırlatmaları, ad günü təbrikləri və kampaniya mesajlarını avtomatik göndərin.