📅 Randevu Sistemi
Ağıllı randevu sistemi ilə pasiyentlərinizin görüşlərini asanlıqla planlaşdırın. Vaxt konflikt yoxlaması, SMS xatırlatma toggle və müddət rəng kodlaması ilə klikanızın iş axınını optimallaşdırın.
Yeni Randevu Yaratma
Randevu yaratmağın 2 yolu var:
Üsul 1: Təqvimdən klikləyərək
- 1. Sol menyudan "Randevular" bölməsinə keçin
- 2. Təqvimdə istədiyiniz tarix və saata klikləyin
- 3. Açılan formada pasiyenti seçin
- 4. Vaxt, qeydlər və SMS seçimini təyin edin
- 5. "Əlavə Et" düyməsini basın
Üsul 2: "Yeni Randevu" düyməsi ilə
- 1. Təqvim səhifəsinin yuxarısındakı "+ Yeni Randevu" düyməsini basın
- 2. Pasiyenti axtarıb seçin
- 3. Tarix, başlama və bitmə vaxtını təyin edin
- 4. "Əlavə Et" düyməsini basın
Təqvim Görünüşləri
Təqvimi 4 fərqli görünüşdə izləyə bilərsiniz:
📆
Gün
Bir günün detallı görünüşü
📅
Həftə
7 günlük görünüş (default)
🗓️
Ay
Aylıq icmal
📋
Gündəlik
Siyahı şəklində agenda
Randevu Statusları
Gözlənilir (Planlaşdırılıb)Yeni yaradılmış randevu
TəsdiqləndiPasiyent gələcək, SMS göndərilir
TamamlandıMüalicə edildi
Ləğv EdildiRandevu ləğv olunub
Gəlmədi (No Show)Pasiyent gəlməyib
SMS Xatırlatmalar
Sistem hər gün səhər saat 07:00-da (Bakı vaxtı) avtomatik SMS xatırlatma göndərir:
- ✓Yalnız "Təsdiqləndi" statuslu randevulara göndərilir
- ✓Yalnız SMS toggle aktiv olan randevulara göndərilir
- ✓Yalnız aktiv abunəliyi olan klinikalara göndərilir
- ✓Pasiyentin telefon nömrəsi olmalıdır